İran Birləşmiş Ərəb Əmirliklərində yerləşən ABŞ hərbi bazasına raket zərbəsi endirib.
BAKU.WS xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Məlumata görə, hücum "Əd-Dafra" hərbi bazasına qarşı həyata keçirilib. Bildirilir ki, baza raketlərlə vurulub və bununla bağlı raket buraxılışını əks etdirən görüntülər də yayımlanıb.
Eyni zamanda İslam İnqilabı Keşikçiləri Korpusunun açıqlamasına əsasən, martın 13-nə keçən gecə İran İordaniyadakı hərbi hava qüvvələri bazasına, eləcə də Bəhreyn və İraqdakı ABŞ hərbi obyektlərinə və İsraildəki hədəflərə zərbələr endirib.