Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Avtomobil havada uçaraq restorana çırpılıb. Avtosfer.az xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərində baş verən hadisə kameraya düşüb. Məlumata görə, 80 yaşlı sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman sükana nəzarəti itirib. Bundan sonra idarəetmədən çıxan nəqliyyat vasitəsi park ərazisinə keçib və yüksək sürətlə yol üzərindən uçaraq təmiri gedən restorana çırpılıb.
Yerli medianın məlumatına görə, qəza nəticəsində yaşlı sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.