İran Livanın "Hizbullah" hərəkatı ilə birlikdə ABŞ və İsrailə qarşı qisas xarakterli hərbi əməliyyatının 45-ci mərhələsinə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
"Doğru Vəd-4" əməliyyatının 45-ci dalğası düşmən hədəflərinə qarşı çox sayda yüksək dəqiqlikli bərk yanacaqlı "Xeybarşekan" raketlərindən istifadə etməklə və İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri (SEPAH), eləcə də Livan "Hizbullah"ının əməkdaşlığı ilə həyata keçirildi", - İran dövlət televiziyası açıqlamada deyilir.
İranın dövlət televiziyası bildirib ki, İran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əd-Dəfra şəhərindəki ABŞ hərbi bazasına hücum edib.
Musavat.com