AZ

İsrail Hərbi Hava Qüvvələri Beyrutda çaxnaşma yaratdı: Şəhərə onminlərlə vərəqə atıldı VİDEO

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyruta onminlərlə vərəqə atıb. Bu zaman eşidilən partlayışa bənzər səslər son günlərdə İsrail tərəfindən dəfələrlə hücuma məruz qalan şəhərin mərkəzində çaxnaşmaya səbəb olub.

Bu barədə Oxu.Az RG.ru nəşrinə istinadən xəbər verir.

Sakinlər əvvəlcə dörd partlayış səsi eşidiblər, bir neçə dəqiqə sonra isə səmaya çoxsaylı vərəqələrin atıldığını görüblər.

Livanın rəsmi Milli Xəbər Agentliyinin (ANI) məlumatına görə, çaxnaşmaya səbəb olan səslər İsrail təyyarələrinin çox aşağı hündürlükdə uçması və bir neçə əraziyə çap materiallarının atılması nəticəsində yaranıb.

Livanlılara ərəb dilində ünvanlanan çap materiallarında onları "İranın qalxanı olan "Hizbullah"ı tərk-silah etməyə" dair çağırışlar olub.

"Livanın taleyi sizin qərarınızdır, başqa heç kimin deyil", - vərəqələrdə yazılıb.

Mətndə bildirilib ki, 504-cü bölmə Livanın və onun xalqının gələcəyinin təmin edilməsi üzərində işləyir. Söhbət İsrailin hərbi-kəşfiyyat bölməsindən gedir. Əhalini İsraili əməliyyatlarında dəstəkləməyə çağıran vərəqələrin atılması İsrail hərbçiləri tərəfindən həmçinin Qəzzada da istifadə edilən taktikadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
oxu.az

1Mənbələr