AZ

Ceyhun Bayramov Türkiyə ərazisinə növbəti raket hücumunu qınayıb

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanarasında telefon danışığı aparılıb.

Trend bu barədəXarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, telefon danışığı zamanı regionda mövcudtəhlükəsizlik vəziyyəti və artan gərginlik müzakirə edilib.

Ceyhun Bayramov bu gün Türkiyə Respublikasının ərazisinə növbətiraket hücumunu qınayıb, qardaş Türkiyəyə dəstəyini ifadə edib.Hərbi eskalasiyanın daha da genişlənməsinin arzuolunmaz nəticələrəgətirib çıxara biləcəyi vurğulanıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digərikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsiaparılıb.

Seçilən
71
32
az.trend.az

10Mənbələr