Bakı. Trend:
İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisimüəyyənləşib.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, "Mançester Siti"ni çalışdıran PepQvardiola ötən ayın ən yaxşısı seçilib.
"Şəhərlilər" fevralda Premyer Liqada keçirdiyi 5 oyunda 4 qələbəqazanıb, 1 heç-heçə edib.
Pep Qvardiola İngiltərə çempionatında ən çox ayın məşqçisiseçilən 3-cü mütəxəssis olub. O, Devid Moyezi qabaqlayıb. Bugöstəricidə "Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Sir AleksFerqyuson (27) liderdir. Arsen Venger (15) isə 2-ci yerdədir.