Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.
Yuri Vernidub "Neftçi"nin futboçlularını sərt tənqid edib. Baş məşqçi Premyer Liqanın 23-cü turunda "Turan Tovuz"a öz meydanında 0:1 hesabıyla uduzan komandasının üzvlərini o ki var danlayıb. Ölkə.Az xəbər verir ki, bu barədə Sportinfo yazıb.
Ukraynalı mütəxəssis bu məğlubiyyətlə avrokuboklara vəsiqə şanslarının daha da azaldığını bildirib. Əksər oyunçular bu matçda onda böyük məyusluq yaradıb. "Mən sizə belə oynamağı tapşırmamışdım" söyləyən çalışdırıcı vurğulayıb: "Son qarşılaşma göstərdi ki, bir neçə futbolçu "Neftçi"nin formasını geyinməyə layiq deyil".
İstər müdafiə, istər yarımmüdafiə, istərsə də hücum fazasında ciddi səhvlərə yol verdiklərini dilə gətirən Vernidub apardığı analizin göstəricilərini açıqlayıb.
Məşqçi "Turan Tovuz" onlardan üstün olmadığı halda, Bakıdan 3 xal apardığını söyləyib. Vernidub "Qəbələ" ilə qarşıdakı matçdan etibarən əsas heyətdə müəyyən dəyişiklər edəcəyini diqqətə çatdırıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.