AZ

"15 mart imtahanı 9 martla eyni çətinlik səviyyəsində olacaq" -AÇIQLAMA

"9 mart tarixində keçirilən imtahanla bağlı bəzi şəxslər tərəfindən səsləndirilən iradlar və ya tənqidlər, təbii ki, 15 mart imtahanına təsir edəcək amil deyil. Hər iki istiqamət üzrə imtahanlar eyni prinsiplə sadə, orta və çətin səviyyəli suallar əsasında tərtib olunur. Düşünmürəm ki, 9 martda imtahanlar daha çətin, 15 martda isə daha asan prinsipi ilə tətbiq olunsun. İmtahanlar eyni səviyyədə olacaq".

Bunu Redaktor.az-a elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirdi.

Onun fikrincə, burada məsələ abituriyentlərin imtahan prosesinə nə dərəcədə hazırlıqlı olmalarından qaynaqlanır.

"Qeyd edim ki, artıq 9 mart imtahanını görən və həmin imtahandakı suallarla tanış olan abituriyentlər bilirlər ki, 15 mart tarixində onları hansı formatda və hansı modeldə suallar gözləyir. Buna görə də onlar həm vaxt bölgüsü baxımından, həm də suallarla işləmə baxımından daha diqqətli olacaqlar. Bu isə müəyyən mənada imtahan prosesinin onlar üçün bir qədər daha rahat keçməsinə səbəb ola bilər. Lakin ümumilikdə, qeyd etdiyim kimi, imtahanlar istiqamətlər üzrə demək olar ki, eyni prinsiplə tərtib olunur. Düşünürəm ki, abituriyentlər diqqətli olarlarsa, daha uğurlu nəticə əldə edə bilərlər. Bir məqamı da qeyd edim ki, bu imtahanda 62 mindən çox abituriyentin iştirakı gözlənilir. Birinci imtahanda isə 58 min nəfər iştirak etmişdi. Yəni bu dəfə iştirakçı sayı 4 mindən çoxdur. İmtahanın keçiriləcəyi bölgələrə nəzər salsaq, görərik ki, bu bölgələrdə yüksək nəticə göstərə biləcək abituriyentlərin sayı kifayət qədərdir. Buraya Bakı şəhərinin Yasamal, Binəqədi, Suraxanı və Xətai rayonları daxildir. Eyni zamanda bölgələr üzrə Mingəçevir və cənub rayonlarında da imtahan verəcək şagirdlər var. Bir neçə digər bölgədə də imtahan keçiriləcək və həmin yerlər üzrə də yaxşı nəticələrin olacağı gözlənilir", - deyə E.Əfəndi bildirdi.

Xədicə BAXIŞLI

Seçilən
14
2
redaktor.az

3Mənbələr