AZ

Binəqədi rayonunda təkər və məişət tullantıları yığılmış ərazidə yanğın başlayıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhəri, Binəqədi rayonu ərazisində təkər və məişət tullantılarıyığılmış ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxilolub.

Bu barəd Trend-ə FHN-in Mətbuat xidmətindən məlumatverilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in DövlətYanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlərgörülür.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Seçilən
11
26
az.trend.az

10Mənbələr