AZ

“Rayonlarda şəhərsalma mədəniyyəti: tarixi yanaşma” - Masallıda tədbir

“Rayonlarda şəhərsalma mədəniyyəti: tarixi yanaşma” - Masallıda tədbir

 

Masallıda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Rayonlarda şəhərsalma mədəniyyəti: tarixi yanaşma” mövzusunda tədbir keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti və Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə tarix-diyarşünaslıq muzeyində baş tutan tədbirdə təşkilatçı qurumların əməkdaşları, müəllimlər və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva bildirib ki, şəhərsalma mədəniyyəti tarixi yaddaşın və mədəni irsin qorunmasında mühüm rol oynayır. Onun sözlərinə görə, qədim yaşayış məskənlərinin planlaşdırılması və memarlıq xüsusiyyətləri xalqın həyat tərzini və dünyagörüşünü əks etdirən dəyərli irsdir.
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəsi Salman Yunusov qeyd edib ki, qədim yaşayış məskənləri əsasən təbii-coğrafi şəraitə uyğun formalaşıb və ictimai məkanlarla yaşayış sahələri arasında ahəng qorunub saxlanılıb. O vurğulayıb ki, müasir şəhərsalmanın əsas vəzifələrindən biri bu tarixi irsi qorumaq və gələcək nəsillərə çatdırmaqdır.
Masallı Rayon İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Nuranə Muradova bildirib ki, Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi ölkədə memarlıq irsinin qorunmasına və şəhərlərin planlı inkişafına verilən diqqətin göstəricisidir.
Azərbaycan Jurnalistlər Birliyi Masallı rayon təşkilatının sədri, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev və Mərkəzi Kitabxananın müdiri Zamin Məmmədov şəhərsalmanın yalnız tikinti sahəsi olmadığını, eyni zamanda cəmiyyətin mədəni inkişafını əks etdirən mühüm istiqamət olduğunu vurğulayıblar. Bildirilib ki, rayonların inkişafı ilə yanaşı, onların tarixini və ruhunu yaşadan memarlıq irsinin qorunması ümumi məsuliyyət məsələsidir.

 

Akif VAQİFOĞLU

Seçilən
46
qht.az

1Mənbələr