Bu gün Tehranda Beynəlxalq Qüds Günü münasibəti ilə keçirilən yürüşlərdə güclü partlayışlar baş verib.
Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, bununla bağlı, İranın dövlət televiziyası məlumat yayıb.
Partlayışların Tehran Universitetinin yaxınlığında yerləşən Firdovsi meydanında olduğu bildirilib.
Meydan Qüds Günü (Fələstinə dəstək üçün etiraz aksiyası) ilə bağlı keçirilən etiraz mitinqlərinin iştirakçıları ilə dolu olub.
Eyni zamanda, yürüşlərə İran prezidenti Məsud Pezeşkian, XİN başçısı Abbas Əraqçı, Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri Mohseni Ejei, keçmiş ali liderin müavini Məhəmməd Moxber, eləcə də Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani qatılıb.
Musavat.com