AZ

Çin ABŞ-yə XƏBƏRDARLIQ ETDİ: Tayvana silah satışını dayandırın

Çin ABŞ-ı Tayvana silah satışını dayandırmağa çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Pekin administrasiyası Vaşinqtonu Tayvana silah satışını dayandırmağa çağırıb.

Buna səbəb kimi Trampın yaxın həftələrdə Pekinə edəcəyi səfərdən sonra təsdiqlənə biləcəyi iddia edilən 14 milyard dollar (təxminən 23 800 000 000 manat) dəyərində hərbi müqavilə ilə bağlı xəbərlər göstərilir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bildirib:

“Vaşinqton Tayvana silah satışını dayandırmalı və Çin-ABŞ münasibətlərinin sabit inkişafını, həmçinin Tayvan boğazında sülh və sabitliyi qorumaq üçün konkret addımlar atmalıdır”.

Mənbələrin məlumatına görə, dəyəri 14 milyard dollar (təxminən 23 800 000 000 manat) olan silah paketi Tayvan üçün tarixdəki ən böyük razılaşmalardan biri ola bilər və bura müasir raket əleyhinə sistemlər də daxildir.

Öz növbəsində, Tayvan Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, Taybey “planlaşdırılan silah alışı ilə bağlı ABŞ ilə ilkin koordinasiyanı başa çatdırıb”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
7
1
interpress.az

2Mənbələr