Azərbaycan Basketbol Liqasının 19-cu turunun daha bir oyunu keçirilib.


Rekord.az xəbər verir ki, "Quba" komandası səfərdə "Lənkəran"lə üz-üzə gəlib.


Lənkəran Olimpiya İdman Kompleksində gerçəkləşən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 94:88.


Tura martın 15-də yekun vurulacaq. Daha əvvəl "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" "Sərhədçi"ni (83:67) məğlub edib.