Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Hava limanlarının inşası üçün torpaqların alınması dövlət ehtiyacları siyahısına daxil edilibDemokrat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Mülki Məcəllə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub."Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna edilən yeni əlavəyə əsasən dövlət aeroportların tikintisi və ya mövcud hava limanlarının ərazisinin böyüdülməsi məqsədilə müvafiq torpaq sahələrini geri ala biləcək. Bu qayda həm mülki aviasiya obyektlərinə, həm də strateji əhəmiyyətli aerodromlara şamil olunur. Eyni zamanda prosesin hüquqi tərəflərini tənzimləmək üçün Mülki Məcəlləyə də müvafiq dəyişikliklər edilib.Yeni qaydalar ölkənin nəqliyyat infrastrukturunun sürətlə inkişaf etdirilməsinə və beynəlxalq logistika mərkəzi kimi mövqeyinin gücləndirilməsinə xidmət edir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə yeni hava limanlarının inşası və digər bölgələrdə hava nəqliyyatının modernləşdirilməsi bu qərarın əhəmiyyətini artırır. Bu dəyişiklik strateji layihələrin icrası zamanı yaranan torpaq məsələlərinin daha çevik həllinə imkan verəcək.Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.