ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
Azərbaycanda istehlak qiymətlərində artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin yaydığı məlumatlara görə, 2026-cı ilin fevral ayında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz yüksəlib. Ən çox bahalaşma qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları qrupunda qeydə alınıb. Bu kateqoriya üzrə artım 6,8 faiz təşkil edib.Demokrat.az-ın məlumatına görə ötən ay ərzində qida məhsullarının qiyməti yanvar ayı ilə müqayisədə 1,1 faiz artıb. Bazarlarda və marketlərdə çörək, süd məhsulları, müxtəlif bitki yağları, meyvə və tərəvəzlərin qiymətində artım hiss olunub. Bununla belə, qoyun əti, yumurta və bəzi tərəvəzlərin, o cümlədən soğan və kələmin ucuzlaşması müşahidə edilib.Qeyri-qida məhsulları və xidmət sektoru da bahalaşmadan kənarda qalmayıb. Fevralda sement, mebel və şəxsi gigiyena vasitələrinin qiyməti qalxsa da, qış geyimləri və bəzi tikinti materialları ucuzlaşıb. Ödənişli xidmətlər sahəsində isə əsasən tibbi xidmətlər, bərbərxana və xarici ölkələrə hava nəqliyyatı tarifləri artıb. İstirahət turları və MDB ölkələrinə uçuş biletlərində isə qiymət enişi qeydə alınıb.Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.