AZ

Neft bahalaşır: əhaliyə xeyri varmı? “Qazandığımızı artıqlaması ilə itiririk”

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

İrana qarşı hərbi əməliyyatlar gözlənidliyi kimi, dünya bazarında nefti bahalaşdırıb. Azərbaycanın neft ölkəsi olduğunu nəzərə alsaq, bu bahalaşmanın ölkəmiz üçün müsbət amil olduğunu düşünmək olar. Bəs bunun əhalinin güzaranına hansısa müsbət təsirini gözləməyə dəyərmi?

“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu mövzuyla bağlı paylaşımında neftin bahalaşmasının sərfəli və ziyanlı tərəflərinə toxunub: “Neft bahalaşır. Bu, Azərbaycana xeyirlidir, bəs hökumət sosial xərcləri artıra bilərmi?!

Neft bahalaşanda, təbii ki, Azərbaycanın valyuta gəlirləri, daxilomaları, ticarət dövriyyəsinin müsbət saldosu artır – bu, çox yaxşıdır.

Amma dünyada neft bahalaşanda mal və xidmətlərin maya dəyəri, daşınma xərcləri, logistik yollarda xaotik duruma görə sığorta xərcləri də artır. Azərbaycan isə yediyinin-içdiyinin 75%-ni, geyindiyinin 87-88%-ni, əlində tutduğu telefonun, işlədiyi kompüterin 100%-ni, sürdüyü maşının 99,5%-ni, avtomobil ehtiyat hissələrinin 99%-ni və s. xaricdən idxal edir. İdxaldan bu qədər asılı olan ölkə, neft qiymətlərinin artmasına görə qazandığını idxaldan asılılığa görə artıqlaması ilə itirir.

Neft gəlirlərinin artması sosial xərcləri birbaşa artırmaz – bəlkə buna heç ehtiyac da yoxdur, gəlir artırsa, vergi-rüsum-cərimələri azaltsınlar, bu daha yaxşı, daha doğru, daha təməl addım olar, iqtisadi aktivliyi canlandırar...”

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
azpolitika.info

1Mənbələr