Pakistan Hərbi Hava Qüvvələri 13 mart gecəsi Əfqanıstanda bir sıra hava hücumları həyata keçirib.
Musavat.com xəbər verir ki, hədəf Qəndəhar hava limanı yaxınlığındakı özəl "Kam Air" aviaşirkətinə məxsus yanacaq anbarı olub.
Pakistan mənbələrinə görə, obyekt "Taliban"a logistika dəstəyi üçün istifadə olunurdu.
"Taliban" hökumətinin sözçüsü Zəbihullah Mücahid hücumu təsdiqləyərək bildirib ki, hədəf yalnız mülki təyyarələrə deyil, həm də BMT təyyarələrinə yanacaq tədarük edən bir şirkətə məxsus yanacaq anbarı olub.
Əfqanıstan tərəfinin məlumatına görə, Kabilə endirilən zərbələr nəticəsində dörd nəfər ölüb, 15 nəfər yaralanıb.