AZ

Tramp bu ölkəyə hücum etsə, NATO parçalanacaq KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ABŞ prezidenti Donald Trampın İrana qarşı mübarizədə ABŞ-la əməkdaşlıq etmədiyi üçün İspaniyaya ticarət sanksiyaları tətbiq edəcəyi ilə bağlı hədələyib. İspaniya hökuməti bu təhdidlərə qarşı heç bir şeydən qorxmadığını deyib.

Trampın növbəti müharibə ocağına çevirəcəyi ölkə İspaniya ola bilərmi?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Fikrət Fəraməzoğlu bildirib:

“ABŞ və İspaniya arasında olan gərginlik nisbidir. Bir müddətdən sonra problemlər aradan qalxacaq. Və ya ortaq məxrəcə gəlinəcək”.

Siyasətçinin sözlərinə görə, bu gün tətbiq ediləcək sanksiyalar da müvəqqətidir. İspaniya Avropada güclü iqtisadiyyata və strateji mövqeyə sahib ölkədir.

“ABŞ belə bir ölkəni itirməyi gözə ala bilməz.

İspaniyanın növbəti münaqişə ocağı olmaq ehtimalı yoxdur. Əgər bu məntiqlə yanaşsaq, o zaman Britaniya və Fransa da İran müharibəsində ABŞ-a hər hansı ciddi dəstək vermirlər, — deyə siyasətçi əlavə edib.

O zaman sözügedən ölkələrlə də ABŞ müharibə etməlidir deyən siyasi şərhçi sonda qeyd edib:

“Digər tərəfdən, İspaniya NATO ölkəsidir. ABŞ-la eyni hərbi ittifaqdadır. İspaniyaya qarşı hər hansı hərbi eskalasiya NATO-nun nüfuzdan düşməsi ilə yanaşı, həm də parçalanmasına gətirib çıxara bilər. Buna isə ABŞ razı olmaz”.

Dəniz Pənahova

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
konkret.az

2Mənbələr