AZ

Formalaşan yeni dünya düzəni bu ölkələr üçün TƏHLÜKƏLİDİR VACİB NÜANSLAR KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Son illər beynəlxalq siyasətdə tez-tez “yeni dünya düzəni” anlayışı müzakirə olunur. Bir sıra siyasətçilər və analitiklər hesab edir ki, qlobal güc balansının dəyişməsi bəzi ölkələrin tarixən itirdiyi torpaqların yenidən gündəmə gəlməsinə səbəb ola bilər.

Bəs, yeni dünya düzəni nədir və bu dəyişikliklər hansı ölkələr üçün üstünlük, hansıları üçün isə risk yaradar?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elşən Manafov deyib:

“Hazırda dünyadakı münaqişələr, xüsusilə Ukraynada Rusiya və Qərb koalisiyası arasındakı geosiyasi və hərbi qarşıdurma, habelə Yaxın Şərqdə ABŞ və İsrailin İrana qarşı savaşı yeni dünya nizamının müəyyən edilməsi uğrunda gedən mübarizənin tərkib hissəsidir”.

Politoloqun sözlərinə görə, bu nizam dünyanın nüfuz dairələrinə bölünməsi, xammal mənbələri və təbii sərvətlərə yiyələnmək, yeni bazarlar uğrunda gedən mübarizənin reallıqlarından irəli gəlir.

“Soyuq müharibənin bitməsindən sonra ABŞ-ın dünyanın birqütblü mərkəzdən idarə edilməsi ilə bağlı iddialar irəli sürdü.

Müəyyən zaman kəsiyindən sonra Rusiya, Çin, İran, sonralar isə BRİKS təşkilatında bir araya gələn dövlətlər tərəfindən qəbul olunmamağa başladı. Ona görə də bəlli dövlətlərin iqtisadi inkişafı, onların hərbi gücünün əhəmiyyətli şəkildə artması konteksində yaşanan hadisələrlə bilavasitə bağlı oldu”, — deyə Elşən Manafov əlavə edib.

Avroatlantlar arasında dünya nizamının perspektivlərindən danışan politoloq bildirib:

“Bu məsələlərdə fikir ayrılığı ABŞ və Avropa Birliyi arasında münasibətlərdə çat yaratdı. Çünki dünyanın birqütblü olması konsepsiyasını qəbul etməyən avraziyaçılar bu amildən istifadə edərək, toparlanmağa başladılar. Avroatlantlar arasında ziddiyyətlər Ukrayna cəbhəsində özünü daha qabarıq şəkildə biruzə verdi”.

“Burada Avropa Birliyinin ABŞ-ın özünü suveren kimi aparması, onlarla vassal kimi davranması qoca qitənin təmsilçilərini narazı salan amillərdən oldu. Hazırda ABŞ-ın İrana qarşı apardığı savaşa fərqli yanaşan və onu qəbul etməyən İspaniyanın mövqeyi bunun bariz göstəricisidir”, — deyə E. Manafov sonda qeyd edib.

Dəniz Pənahova

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
konkret.az

2Mənbələr