Ukrayna “Drujba” neft kəmərinin vəziyyətini qiymətləndirmək üçün macar ekspertləri buraxmır və bunun səbəbi həqiqəti gizlətməkdir.
Publika.az “TASS”a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.
Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski macar mütəxəssislərin kəməri yoxlamasına icazə vermir.
“Düşünürəm ki, Zelenski və onun komandası bizi ora buraxmır, çünki onda onların həqiqəti demədiyi üzə çıxacaq”, - o vurğulayıb.