AZ

Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yol hərəkəti qaydalarını pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 12-də axşam saatlarında qeydə alınıb. Kadrlardan göründüyü kimi, 90-UL-711 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü piyada keçidinə yaxınlaşarkən sürəti azaltmayaraq, keçiddən istifadə edən piyadaya yol vermədən hərəkətini davam etdirib.

Eyni vaxtda hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü isə qaydalara əməl edərək dayanıb və piyadanın təhlükəsiz şəkildə yolu keçməsi üçün şərait yaradıb.

Qeyd edək ki, qanunvericiliyə əsasən, sürücülər nizamlanmayan piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmalı, keçiddən istifadə edən və ya keçməyə hazırlaşan piyadalara yol verməlidirlər. Bu tələbin pozulması həm piyadaların həyatı üçün ciddi təhlükə yaradır, həm də inzibati məsuliyyətə səbəb olur.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
avtosfer.az

1Mənbələr