AZ

Naməlum şəxslər sinaqoqa od vurublar

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Mart 13-də gecə saatlarında naməlum şəxslər Rotterdamın şimal rayonundakı sinaqoqa od vurublar.

Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, yanğın yerli vaxtla təxminən saat 3:40 radələrində başlayıb və tezliklə öz-özünə sönüb. Xəsarət alan olmayıb. Polis hadisə şahidləri ola biləcək şəxsi istintaqa çağırıb.

Onu da qeyd edək ki. sinaqoqun girişində partlayış baş verdiyi iddia edilən videolar sosial mediada da yayılır. Bu videoların həqiqiliyi hələ təsdiqlənməyib.

Niderlandın İsrail üzrə Məlumat və Sənədləşmə Mərkəzi görüntülərin "Harakat Ashab al-Kahf" islamçı hərəkatı tərəfindən yayımlanmış ola biləcəyini ehtimal edir. Bu qrup həftənin əvvəlində Belçikanın Lyej şəhərindəki bir sinaqoqa edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb və orada da partlayış baş verib, lakin heç kim xəsarət almayıb.

V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
reyting.az

1Mənbələr