"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa komandanın qapıçısı Tibo Kurtuanı klub tarixinin ən yaxşı qolkiperi adlandırması, onu İker Kasilyasdan üstün sayıb-saymaması ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, o, "Elçe" ilə La Liqa matçı ərəfəsində bu gün keçirilən mətbuat konfransında belə danışıb:
"Sözümün üstündə qalıram. Tibo Kurtuanın etdiklərini heç kimdə görməmişəm. Mənim üçün bu məsələ diskussiyaya açıq deyil".
Xatırladaq ki, Arbeloa UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin Madriddə baş tutan ilk oyunundan - "Mançester Siti"ni 3:0 hesabı ilə yendikləri görüşdən sonra Kurtuanın klub tarixinin ən yaxşı qapıçısı olduğunu demişdi.
Toğrul