AZ

Coratdakı XVI- XVII əsrə aid hamamlar tarixi abidələrin siyahısına daxil ediləcək

Coratdakı XVI- XVII əsrə aid olduğu ehtimal edilən hamamlar daşınmaz tarixi abidələrin siyahısına daxil ediləcək.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, daşınmaz tarix və mədəniyyət abidələrinin mövcud siyahısındakı səhvlərin aradan qaldırılması, həmçinin tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən obyektlərin dövlət mühafizəsində olan abidələr siyahısına daxil edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin 2023-cü il 6 noyabr tarixli əmri ilə Nazirlik yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası yaradılıb. Sumqayıt şəhərinin Corat qəsəbəsində XVI və XVII əsrə aid olduğu ehtimal edilən hamamların dövlət mühafizəsinə götürülməsi məsələsinə Şura çərçivəsində baxılıb, qanunvericiliyə müvafiq olaraq rəy alınması üçün Azərbaycan Milli Elmlər Akademiyasına göndərilib və müsbət rəy alınıb:

“Hazırda hamamların daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məqsədilə hazırlanmış layihə aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Eyni zamanda, bildiririk ki, həmin abidələrin bərpa-konservasiya işlərinin növbəti illərin investisiya xərcləri hesabına aparılması nəzərdə tutulub”.

Seçilən
17
6
apa.az

7Mənbələr