Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan beynəlxalq miqyaslı tədbirlərin təşkilindən tutmuş qəbul edilən qərarlara kimi bütün mərhələlərdə fəal olub. XIII Qlobal Bakı Forumu hər il keçirilən tədbir olsa da daim gündəliyini dəyişərək aktual xarakter daşıyan məsələləri müzakirə edib. Builki müzakirələr də aktuallığı ilə seçilirdi.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı milli Məclisin deputatı Sadiq Qurbanov deyib.
Onun sözlərinə görə, forumda iştirak edən dövlət xadimlərinin “Orta Dəhliz və Avrasiya bağlantısı qapısı”, “Afrika dünən və bu gün”, “Çinin dəyişən dünyada yeri və rolu”, “Dəyişən dünyada fikir ayrılıqları” və başqa mövzularda məruzələri yeni ideya və fikirlər ilə zəngin idi.
“Beynəlxalq əməkdaşlığın daha da artırmasına xidmət edən forum bu mövzuları müzakirə etməklə cəmiyyətlərin siyasi prioritetlərini müəyyən edir. Məruzələr forumun internet səhifəsində müxtəlif dillərdə dərc edilir və onlarla geniş auditoriya tanış olur. Bütün bunlar Azərbaycanın dünyada hansı ideyaların daşıyıcısı olduğunu göstərir və aydın olur ki, Azərbaycan sülh, sabitlik, iqtisadi inkişaf və qarşılıqlı əməkdaşlıq istəyən bir dövlətdir və milli siyasətini də bu istiqamətdə qurub. Digər tərəfdən nəzərə almaq lazımdır ki, forumda iştirak edən keçmiş prezident və baş nazirlər bu gün də öz ölkələrində siyasi çəkiyə malikdirlər, onların bu və ya digər məsələyə münasibəti çox zaman əsas götürülür”, - deyə Milli Məclisin deputatı əlavə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.