AZ

Heqset: Bu gün ABŞ nin İrana daha çox zərbə endirəcəyi bir gün olacaq

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton, 13 mart, AZƏRTAC

Bu gün Amerika Birləşmiş Ştatlarının (ABŞ) İrana daha çox zərbə endirəcəyi bir gün olacaq.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ-nin müharibə katibi Pit Heqset mətbuat konfransında deyib.

O bildirib ki, İrana qarşı hərbi uçuşların, bombardmançı zərbələrin sayı artmaqda davam edir.

"Onlar Hörmüz boğazında çarəsizlik nümayiş etdirirlər. Bu barədə narahat olmağa ehtiyac yoxdur. Biz onların bütün hərbi imkanlarını aradan qaldırmağı planlaşdırırıq", - deyə Heqset diqqətə çatdırıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
azertag.az

2Mənbələr