AZ

ABŞ müharibə naziri: İranın yeni ali lideri yaralanıb və gizlənir

ABŞ-nin müharibə naziri Pit Heqset bildirib ki, İranın yeni ali lideri Müctəba Xamenei hazırda gizlənir, yaralanıb və “ehtimal ki, sifəti zədələnib”.

Musavat.com-un BBC-yə istinadla xəbərinə görə, Pentaqonda jurnalistlərə açıqlama verən Heqset deyib ki, Müctəba Xamenei “qorxu içindədir, yaralanıb və qaçmaqdadır”, həmçinin onun legitimliyinin olmadığını iddia edib.

Nazir İran dövlət televiziyasında yayımlanan yazılı bəyanata da diqqət çəkib. Onun sözlərinə görə, həmin çıxışda Müctəba Xameneinin nə görüntüsü, nə də səsi təqdim olunub.

Heqset bildirib:

“Niyə video və ya audio yoxdur? Məncə, bunun səbəbini bilirsiniz”.

Qeyd edək ki, ABŞ rəsmisinin səsləndirdiyi bu iddiaların müstəqil şəkildə təsdiqləndiyinə dair məlumat yoxdur. Pit Heqset həmçinin əlavə edib ki, ABŞ bu gün İrana qarşı indiyədək ən yüksək sayda zərbə endirməyi planlaşdırır.

Musavat.com

Seçilən
34
musavat.com

1Mənbələr