AZ

Güzgüdə bunu görürsüzsə- demensiya əlaməti ola bilər



Güzgü aqnoziyası beynin parietal payına zərər verdiyini göstərə bilər.

Medicina.az demensiya irəlilədikcə, xəstələr tez-tez zəiflədici çaşqınlıq vəziyyətinə düşürlər. Bəzən aqnoziya dezorientasiyaya səbəb olur, xəstənin insanları və obyektləri qavramasını pozur. Özünün əks olunan təsvirlərinin səhv müəyyən edilməsi, tibbi olaraq güzgü aqnoziyası kimi tanınan əlamətin xüsusiyyətidir.

Tibbi ədəbiyyatda bu, tez-tez beyin-damar qəzası və ya neyrodegenerativ xəstəlik keçirmiş xəstələrdə təsvir olunur.

Aqnoziya, obyektlərdən və ya insanlardan gələn sensor məlumatları emal edə bilməməsi ilə xarakterizə olunan nadir pozğunluğu təsvir edir. Aqnoziyası olan insanlar, nə qədər tanış olsalar da, bir obyektin və ya üzün həndəsi xüsusiyyətlərini tanımaqda çətinlik çəkə bilərlər.

"Bu vəziyyət görmə və ya eşitmə kimi bir duyğu üsulu ilə məhdudlaşa bilər ki, bu da bir cismi fincan kimi tanımaqda və ya səsi öskürək kimi müəyyən etməkdə çətinlik yaradır. Lakin, bütün beş duyğu orqanı pozula bilər", - nevroloq Aleksandra Alekhina bildirib.

Alzheimer xəstəliyi olan 62 yaşlı bir xəstənin tibbi hesabatında deyilir ki, o, özünün əks olunmuş görüntüsü istisna olmaqla, bütün üz tanıma testlərində yaxşı nəticə göstərib.

"O, özünün güzgüdəki görüntüsünü tanımayıb, əksinə onu danışmayan canlı bir insan kimi düşünüb. O, dəfələrlə həmin şəxsin adını soruşu."

Aygün Musayeva


Seçilən
14
1
medicina.az

2Mənbələr