AZ

Patrul avtomobili partladılıb, 7 polis əməkdaşı öldü

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Pakistanda naməlum şəxslər polis patrul avtomobilini partladıblar, yeddi polis əməkdaşı həlak olub.

Avtosfer.az DAWN-a istinadən xəbər verir ki, məlumatı Xayber-Paxtunxva əyalətinin polis idarəsinin mətbuat katibi açıqlayıb.

Bildirilib ki, hadisə Lakki-Marvat rayonunun Bettani bölməsində polislər planlı patrul xidməti apararkən baş verib.

Polis baş verən hadisəni terror aktı adlandırıb. Məlumata görə, avtomobil yol kənarına qoyulmuş əldəqayırma qurğu vasitəsilə partladılıb.

"Partlayış nəticəsində altı polis əməkdaşı, o cümlədən polis bölməsinin rəisi həlak olub", - idarədən bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
2
avtosfer.az

3Mənbələr