AZ

G7 ölkələri ABŞ ı İranla münaqişəyə təcili son qoymağa çağırırlar

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

“Yeddilik Qrupu” (G7) ölkələrinin liderləri ABŞ prezidenti Donald Trampı Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması nəticəsində yaranan iqtisadi itkilərə görə İrana qarşı əməliyyatı ən qısa zamanda dayandırmağa çağırıblar.

Reyting.az xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, 11 martda telefon danışığı zamanı G7 liderləri Hörmüz boğazından keçən gəmiçilik yollarının "ən qısa zamanda təmin edilməli" olduğunu qeyd ediblər.

Tramp da öz növbəsində boğazdakı vəziyyətin "yaxşılaşdığını" və ticarət gəmilərinin tezliklə oradan keçə biləcəyini deyib.

E. KAMAL

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
reyting.az

1Mənbələr