AZ

Muskat Afrikanın ən böyük imkanlarından DANIŞDI

Maltanın sabiq baş naziri Cozef Muskat XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Afrika bu gün və sabah” panelində çıxış edib.

Musavat.com-un xəbərinə görə, Cozef Muskat Afrika qitəsinin potensialına diqqət çəkib və qeyd edib ki, qitənin ən böyük imkanları məhz onun özündədir.

"Afrika daxili imkanlar baxımından böyük potensiala malikdir. Əsas məsələ kimisə razı salmaq və ya digər dövlətlərin gündəliyinə uyğun olmaq deyil, mövcud imkanlardan maksimum səmərə ilə istifadə etməkdir", - deyə sabiq baş nazir vurğulayıb.

O, həmçinin Afrika ölkələrinin inkişaf strategiyalarını öz milli maraqları əsasında qurmasının vacibliyini qeyd edib. Muskatın sözlərinə görə, qitə daxili resursların və əməkdaşlığın düzgün idarə olunması Afrika üçün iqtisadi və sosial yüksəlişə aparan əsas yol olacaq.

Xalidə Gəray
Musavat.com

Seçilən
32
musavat.com

1Mənbələr