AZ

Məşhur türk tarixçi vəfat etdi


Tarix professoru İlber Ortaylı reanimasiya müalicəsi aldığı Koç Universiteti Xəstəxanasında həyatını itirib.

Medicina.az xəbər verir ki, Ortaylının vəziyyəti 12 martda pisləşdiyi üçün intubasiya edilib, lakin bir gün sonra 78 yaşında vəfat edib.

Uzun akademik karyerası, tarixi araşdırmaları və televiziya çıxışları ilə tanınan Ortaylı 1947-ci ildə Avstriyada anadan olub. İki yaşında ikən ailəsi ilə birlikdə Türkiyəyə köçüb.

O, Ankara Universitetində tarix təhsili alıb, Osmanlı dövrü üzrə araşdırmalar edib və Türkiyə tarixi haqqında bir çox kitaba müəlliflik edib.

İlber Ortaylı Qalatasaray və Bilkent universitetləri başda olmaqla, bir çox universitetdə dərs deyib.


Seçilən
0
medicina.az

1Mənbələr