AZ

Yaxın günlərdə müharibə sona çata bilər - AÇIQLAMA

İran Prezidenti Məsud Pezeşkian açıqlamasında qeyd edib ki, hazırda davam edən müharibəni İran başlamayıb və davam etdirmək istəmir. Lakin qanuni özünümüdafiə hüququ çərçivəsində hücumun mənbəyi olan ABŞ-nin bölgədəki bazaları hədəfə alınıb”, - deyə dövlət başçısı bildirib.

Pezeşkianın açıqlamasını Redaktor.az-a şərh edən politoloq Azər Qasımov bildirdi ki, Yaxın Şərqin taleyini həll edəcək ABŞ/İsrail-İran müharibəsinin dağıdıcı effekti hər gün daha da artır:

"Bu dağıdıcılıq təkcə şəhərləri, binaları, infrastruktur obyektlərini deyil, ölkələrin və vətəndaşlarının bir-birinə olan münasibətlərini də dağıdır. Region düşmən cəbhələrə bölünür, hansı ki, bu, gələcəkdə bərpası çətin, bəlkə də mümkün olmayan situasiya yaradır. Müharibənin kimin başlatdığı təbii ki, bəllidir. Tərəflərin bu məsələdə öz həqiqətləri, özlərinə görə haqlı mövqeləri vardır. Buna görə də müharibə qanlı və dağıdıcı şəkildə davam edir".

Siyasi şərhçi vurğuladı ki, müharibənin dayandırılması üçün ciddi cəhdlərin olmadığı görünür:

"Hesab edirəm ki, bu, ən ağrılı məsələdir. İran Prezidenti Məsud Pezeşkianın fikirlərinin haqlı olmasına baxmayaraq, onun nə qədər çəkisi olduğu da sual altındadır. Ümid edirik ki, bu müharibə tezliklə dayanacaq. Əslində, müharibənin uzun sürməsinin ABŞ tərəfindən mümkünsüzlüyünü də diktə edən şərtlər mövcuddur. Bu baxımdan, yaxın günlərdə bu müharibənin sona çatacağı qənaəti hasil olur. ABŞ rəsmilərinin ritorikasında da bu hiss edilir. Tərəflərin özlərini qalib hesab edib-etməməsindən asılı olmayaraq, bu müharibədə çox dəyərlər itirildi. Ən əsası odur ki, bu müharibə region üçün son olsun, gələcək müharibələrə şərait yaratmasın".

Aytəkin TOFİQQIZI

Seçilən
10
1
redaktor.az

2Mənbələr