AZ

QATİLİ İNTİHARA APARAN YOL

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Şəmsəddin Əliyev

Hüquqşünas-publisist, AYB-nin üzvü (1995-2026-cı il)

IV hissə

Sübh çağı idi.Saat təxminən 05:30 radələrində rəisin ev telefonuna zəng gəldi. Çox güman ki, növbətçi hissədəndir - düşüncəsi ilə rəis dəstəyi qaldırdı.

- Rəis, çox üzr istəyirəm ki, bu vaxt sizi narahat edirəm.

- Nə olub yenə, sözünü de.

- Rəis Həmdullah özünü asıb.

- Gic-gic danışma. Nə təhər asıb, harda asıb, ay...?

- Yox ey rəis, səhərə yaxın ayaqyoluna getmək üçün icazə istədi. Biz də izn verdik.

- Hara buraxdız?

- Müvəqqəti saxlama təcridxanasının ayaq yoluna.Bir neçə dəqiqədən sonra qapını döydük,ondan səs gəlmədi. Qapını açıb grödük ki, çuqun kanalizasiya xəttindən şalvarını ilgək edib keçirdib boğazına ,asılı vəziyyətdə qalıb.

- Daş sənin başına,ay Feyruz, daş!

- Bəs müstəntiq gəlib heç olmasa ifadəsini aldımı, dindirdimi onu? Xeyir,

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
azpolitika.info

1Mənbələr