AZ

Parlament hökumətin hesabatını qəbul etdi

Milli Məclis Nazirlər Kabinetinin hesabatını müzakirə edərək qəbul edib.

Musavat.com-un məlumatına görə, spiker Sahibə Qafarova bildirib ki, müzakirələr zamanı 30 deputat çıxış edib. Deputatların təşəbbüsündən sonra spiker hesabatı səsverməyə çıxarıb.

1 deputat əleyhinə, 2 bitərəf olmaqla qərar layihəsi qəbul olunub. 

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin hesabatının yüksək səviyyədə təşkilinə görə, parlament sədrinə təşəkkür edib, həmçinin aktiv iştiraka və hesabata müsbət rəy verdiklərinə görə deputatlara minnətdarlığını bildirib.

Hökumət başçısı deyib ki, bir il müddətinə deputatlar Nazirlər Kabinetinə 124 müraciət ünvanlayıb. Hökumətin müvafiq qurumları tərəfindən il ərzində 51 müraciət tam şəkildə icra edilib:

“35 müraciəti baxılmaqdadır. Yəqin ki, yaxın zamanlarda bunlar icra olunacaq. Yerdə qalmış 38 müraciətin də üzərində işlər aparılıb. Yəqin ki, onlar da öz həllini tapacaq". 

E.Paşasoy,
Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr