AZ

I Liqa: Turun son oyununda "Cəbrayıl" sevindi

Azərbaycan I Liqasında XVIII tura bu gün yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə bir matç baş tutub.

Bağlanış oyununda "Cəbrayıl" və "Zaqatala" üz-üzə gəliblər. Şamaxıda keçiriləcək oyunda sevinən tərəf Cavid Hüseynovun rəhbərlik etdiyi "Cəbrayıl" olub. 

Turun əvvəlki oyunlarında "Şəfa" "Şimal"ı 2:0, “Səbail” “Mingəçevir”i 1:0, “Baku Sportinq” “Difai”ni 3:1 hesabı ilə məğlub edib, “Şahdağ Qusar” – MOİK görüşü 1:1 nəticələnib.

Azərbaycan I Liqası
XVIII tur
13 mart 

“Cəbrayıl” – “Zaqatala” 1:0
Qol
: D.Açimi, 80.

Seçilən
0
fanat.az

1Mənbələr