AZ

İran Küveytdəki qırıcılara zərər verib

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İranın son raket zərbələrindən birində Küveyt Hərbi Hava Qüvvələrinin “Eurofighter Typhoon” qırıcı təyyarəsinə zərər dəyib.

Reyting.az xəbər verir ki, bu, “OSINT” analitiki mərkəzi tərəfindən dərc edilən Əli Əl-Salem Hava Bazasının peyk görüntüləri ilə sübut olunur.

Şəkillərdə təyyarənin yaxınlığında qara ləkə görünür.

Nəşr izah edir ki, bu, qırıcı təyyarənin yanacaq çəninə dağıntılar dəydikdən sonra sızan yanacaq və ya neft ola bilər.

Qeyd olunur ki, hücum obyektin özünə ciddi ziyan vurub, anqarlar və xidmət sahələri zədələnib.

Bildirilir ki, 2026-cı ilə qədər Küveyt Hərbi Hava Qüvvələrinin xidmətində 15 ədəd “Eurofighter Typhoon” təyyarəsi olub.

“Ümumilikdə, Küveyt İtaliya şirkəti “Leonardo” ilə müqavilə çərçivəsində 28 qırıcı sifariş edib (22 tək nəfərlik və 6 iki nəfərlik). Təyyarənin çatdırılması 2021-ci ilin sonlarından başlayaraq ayrı-ayrı partiyalarla davam edir”, - qeyd edilir.

Küveytin mərkəzində yerləşən Əli Əl-Salem Hava Bazası strateji əhəmiyyətli bir obyektdir. O, İraqla sərhəddən təxminən 60 kilometr məsafədə yerləşir və həm Küveyt Hərbi Hava Qüvvələri, həm də ABŞ hərbi kontingenti üçün həyati rol oynayır.

“ABŞ-ın 386-cı Ekspedisiya Hava Qanadı bazada yerləşir. Bu, ABŞ Mərkəzi Komandanlığının bölgədəki əməliyyatları üçün əsas logistika mərkəzlərindən biridir, hava daşınması, tibbi təxliyə və döyüş əməliyyatlarına dəstək təmin edir”, - deyə məqalədə bildirir.

Xatırladaq ki, dünən ABŞ Mərkəzi Komandanlığı “KC-135” tanker təyyarəsinin itkisi barədə məlumat verib. Bu, ABŞ və İsrailin İrana qarşı apardığı əməliyyatının bir hissəsi olaraq baş verib. Təyyarə İraqın qərbində qəzaya uğrayıb və ekipajın taleyi barədə məlumat verilməyib.

Daha əvvəl İsrail İrandakı hava bazasına “F-14” qırıcı təyyarələrini vurmuşdu. Peyk görüntülərində ən azı iki “F-14” Tomcat qırıcısının qalıqları görünür.

V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
reyting.az

1Mənbələr