AZ

Efiopiya canavarları nın nəsli kəsilir

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Afrikanın yüksək dağlıq bölgələrində yaşayan və Efiopiya canavarı kimi tanınan nadir növ vəhşi itlərin nəsli kəsilmək üzrədir.

Reyting.az-ın məlumatına görə, mütəxəssislər deyiblər ki, hazırda bu itlərin sayı cəmi bir neçə yüzdür.

Tədqiqatçılar vurğulayıblar ki, bu heyvanlar çox təhlükəli deyillər, həmçinin 3000-4500 metr yüksəklikdə məskunlaşıb, soyuq iqlimə uyğunlaşmağı bacarırlar. İtlər görünüşcə, daha çox tülkülərə bənzəyirlər ki, bu da uzun illər boyu yerlilər tərəfindən həmin vəhşilərin tülkü növlərindən olduğu təsəvvürünün yaranmasına səbəb olub.

Efiopiya canavarları adətən kiçik sürülərlə, təxminən 13 itlə gəzirlər. Vəhşilər əsasən gəmiricilərlə qidalanır və digər yırtıcılarla döyüşdən çəkinməyə üstünlük verirlər.

Efiopiya canavarının azalmasının əsas səbəbləri yaşayış mühitinin daralması və ev itlərindən yayılan quduzluq xəstəlikləridir. Hazırda Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla, bir çox beynəlxalq təşkilatlar onların qorunması üçün xüsusi proqramlar həyata keçirirlər.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
reyting.az

1Mənbələr