AZ

Bakıdakı forumu: Gizli diplomatiyanın və böyük razılaşmaların başlanğıc nöqtə... ŞƏRH

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Qlobal gərginlik fonunda Bakı dünyanın siyasi dialoq mərkəzi kimi boy göstərir

Beynəlxalq münasibətlərin yeni arxitekturasının formalaşdığı bir dövrdə qlobal dialoq platformalarının rolu getdikcə artırır. Artan geosiyasi gərginlik və beynəlxalq sistemin transformasiyası şəraitində siyasi liderlər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri arasında qlobal dialoq platformalarının əhəmiyyəti daha da artır. Belə platformalardan biri kimi Azərbaycanın paytaxtı Bakıda keçirilən “Keçid dövründə olan dünyada parçalanmaların aradan qaldırılması” mövzusu ilə keçirilən XIII Qlobal Bakı Forumudur.   

Bu sözləri “Sherg.az”a Mətbuat Şurası İdarə Heyyətinin üzvü Yeganə Hacıyeva deyib.  

Y. Hacıyeva qeyd edib ki, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsinin adını daşıyan “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi” tərəfindən təşkil olunan forum müxtəlif ölkələrin fəaliyyət göstərən və sabiq dövlət başçılarını, beynəlxalq təşkilatların nümayəndələrini, diplomatları və analitikləri bir araya gətirir: “Beynəlxalq münasibətlərdə ziddiyyətlərin artması və dünya siyasətində baş verən struktural dəyişikliklər fonunda bu cür tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Forum regional təhlükəsizlik və enerji siyasətindən tutmuş beynəlxalq institutların reformları və dayanıqlı inkişaf məsələlərinə qədər müasir dövrün əsas çağırışlarının müzakirə olunduğu platforma rolunu oynayır. Vurğulamaq istəyirəm ki, bu tip forumlar hüquqi baxımdan məcburi qərarların qəbul olunması mexanizmlərinə malik olmasa da, onların dünya siyasətinə təsiri bir neçə mühüm istiqamətdə özünü sübut edib. Bu cür tədbirlər birbaşa siyasi qərarların qəbuluna nadir hallarda gətirib çıxarsa da, beynəlxalq gündəliyin formalaşmasına və qeyri-formal diplomatiyanın inkişafına əhəmiyyətli rol oynayır. Azərbaycan üçün forumun keçirilməsi ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və regional və qlobal siyasətdə rolunun genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İlk növbədə, bu cür platformalar beynəlxalq siyasi gündəliyin formalaşmasına rol oynayır. Müzakirələr zamanı qlobal problemlərin həllinə dair yeni yanaşmalar irəli sürülür ki, bu ideyalar sonradan konkret siyasi təşəbbüslərə və ya beynəlxalq razılaşmalara elementlərinə çevrilə bilmə şansı yüksəkdir”.

MŞ üzvü qeyd edib ki, oxşar mexanizmi digər nüfuzlu qlobal dialoq platformalarında, məsələn Münhen Təhlükəsizlik Konfransı və Davos Dünya İqtisadi Forumu da müşahidə edilibr:

“Digər aspekt isə qeyri-formal və ya rəsmi hökumətlərarası danışıqlardan kənarda aparılan qeyri-rəsmi diplomatik dialoq və müzakirələrin imkanının olmasıdır. Bu imkan özlüyündə tərəflər arasında etimadın artırılmasına, həssas məsələlərin daha çevik mühitdə müzakirə və gələcək rəsmi diplomatik danışıqlar üçün konseptual zəminin formalaşmasına xidmət edir. Belə forumların iştirakçılarının əhəmiyyətli hissəsini sabiq dövlət başçıları, nazirlər və diplomatlar təşkil edir. Onlar geniş siyasi təcrübəyə və ölkələrində geniş nüfuza malik olduqları üçün beynəlxalq münasibətlərin mürəkkəb məsələlərini daha qeyri-rəsmi mühitdə müzakirə etmək imkanı yaranır. Bu isə kompromis həll yollarının tapılmasına və gələcək danışıqlar prosesinin hazırlanmasına yardım edir. Nəhayət, bu cür tədbirlər forum çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi üçün əlverişli şərait yaradır. Bir çox hallarda məhz belə görüşlər gələcək diplomatik təşəbbüslərin, iqtisadi razılaşmaların və siyasi məsləhətləşmələrin başlanğıc nöqtəsinə çevrilir. Qeyd edim ki, böyük beynəlxalq forumların keçirilməsi Azərbaycanın xarici siyasət strategiyasının mühüm elementlərindən biridir. Qlobal Bakı Forumunun mütəmadi təşkil olunması ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə verir və onu davamlı olaraq qlobal siyasi dialoqun fəal ünvanlarımdan biri kimi təsdiq edir. Nəticədə Azərbaycan beynəlxalq əməkdaşlıq platforması kimi öz rolunu gücləndirir. Bununla , Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmiz aktiv xarici siyasəti ilə müxtəlif siyasi və iqtisadi dairələr arasında əlaqələndirici rol oynayır.

Qeyd edim ki, bu tip forum dövlətin “yumşaq güc” potensialının güclənməsinə xidmət edən əsas faktorlardandır”.

Y. Hacıyeva bildirib ki, dünyanın aparıcı siyasətçilərinin, ekspertlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı İlə Azərbaycanın müsbət beynəlxalq nüfuz formalaşdırır ki, bu ölkəmizin diplomatik imkanlarını genişləndirir:

“Ölkəmiz bununla beynəlxalq gündəlikdə özünün regional və qlobal təhlükəsizlik məsələləri, enerji və nəqliyyat dəhlizlərinin inkişafı, Avropa ilə Asiya arasında əməkdaşlığın genişləndirilməsi kimi təşəbbüslərini təqdim edir. Ayrıca qeyd etmək istədiyim məqam, belə beynəlxalq forumların keçirilməsinin geniş siyasi və ekspert əlaqələr şəbəkəsinin formalaşmasında rolu haqqındadır. Belə şəbəkələr sonralar diplomatik, iqtisadi və humanitar münasibətlərin inkişafında mühüm rol oynayır. Odur ki, XIII Qlobal Bakı Forumu təkcə dünya siyasətinin əsas məsələləri üzrə fikir mübadiləsi üçün vacib platforma deyil, həm də diplomatik əməkdaşlığın alətlərindən biridir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
2
sherg.az

10Mənbələr