AZ

AMB-nin kommunikasiya təcrübəsi Almatıda keçirilən regional tədbirdə təqdim olunub

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti QazaxıstanınAlmatı şəhərində “Mərkəzi bankın etibarlılığı və siyasəteffektivliyi üçün kommunikasiya” mövzusunda keçirilən regionaltədbirdə iştirak edib.

Trend bubarədə AMB-yə istinadən xəbər verir.

Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Texniki Yardım Mərkəzi(QMAMTYM) ilə Cənubi Asiya Regional Təlim və Texniki YardımMərkəzinin (CARTTYM) birgə təşkil etdiyi tədbirdə regionun mərkəzibank nümayəndələri, kommunikasiya üzrə ekspertlər və beynəlxalqmaliyyə institutlarının təmsilçiləri iştirak edib. Dördgünlüktədbir çərçivəsində mərkəzi bank kommunikasiyasının müasirçağırışları, ictimai etimadın gücləndirilməsi, eləcə də monetarsiyasət üzrə məlumatlılığın artırılmasında kommunikasiyaalətlərinin rolu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin “Mərkəzi bank kommunikasiyası: ölkə təcrübələri” adlıinteraktiv sessiyası çərçivəsində Mərkəzi Bankın departamentdirektoru Tural İsmayılov Bankın kommunikasiya fəaliyyətinə dairtəcrübəsini iştirakçılarla bölüşüb. O, Mərkəzi Bankın kommunikasiyastrategiyası, monetar siyasət qərarlarının ictimaiyyətəçatdırılması və institusional şəffaflığın gücləndirilməsiistiqamətində həyata keçirilən təşəbbüsləri barədə təqdimatedib.

Məqalədə:
Seçilən
63
az.trend.az

1Mənbələr