AZ

“Buraxılış imtahanında bütün şagirdlər nəzərə alınmalıdır”

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzi buraxılış imtahanının suallarını tərtib edərkən bütün şagirdləri nəzər almalıdır”.

Gununsesi.info bildirir ki, bu fikirləri təhsil eksperti Ramin Nurəliyev deyib:

“Repetitor yanına və ya hazırlıq kurslarına gedib, universitetlərə hazırlıq istiqamətində müəyyən qədər çalışan şagirdlər var, bir də bu imkanlara malik olmayan şagirdlər var.

Yəni bu şagirdlər də nəzərə alınmalıdır. Çünki bu şagirdlər də attestat almalıdır. Bu şagirdlər attestat aldığı təqdirdə buraxılış imtahanı, bəli, düzdür, attestata müəyyən qədər təsir göstərməsə də, attestat qiymətlərinin yazılmasına istər-istəməz müəyyən qədər təsir göstərir.

Baxırsan ki, uşaq buraxılış imtahanında demək olar ki, 5% nəticə əldə edir. Yəni 5% nəticə əldə edirsə, demək ki, bu uşağın gələcək karyerasında müəyyən qədər problemlər yaşanacaq. Bu uşaq, bəlkə də blok imtahanında müəyyən çətinliklərlə qarşılaşacaq.

Çünki blok imtahanları ümumiyyətlə çətin olur. Əgər buraxılış imtahanı da çətin olsa, blok imtahanı da çətin olsa, demək olar ki, qeyd etdiyimiz kütlənin, demək olar ki, ali təhsil müəssisələrinə qəbul imkanları məhdudlaşacaq.

Dövlət İmtahan Mərkəzinin rəsmi nümayəndələri tərəfindən açıqlama verildi ki, suallar çətin deyil. Amma suallarda ciddi şəkildə vaxt aparan suallar var”.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
icma.az

1Mənbələr