AZ

“Buraxılış imtahanının çətinliyi şagirdlərin qəbul imkanlarına mənfi təsir göstərir”

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Martın 9-da keçirilən buraxılış imtahanının ümumi çətinlik səviyyəsi son iki ilin imtahanları ilə müqayisədə həqiqətən ciddi şəkildə yüksək olub”.

Gununsesi.info bildirir ki, bu fikirləri təhsil eksperti Ramin Nurəliyev deyib:

“Buraxılış imtahanı ilk növbədə ali təhsil müəssisələrinin 1-4-cü ixtisas qruplarına qəbul üçün keçirilir. Lakin bu imtahan eyni zamanda orta ümumtəhsil məktəblərinin buraxılış sinifində oxuyan şagirdlərin ümumi attestasiyasını həyata keçirən bir vasitədir.

Bununla yanaşı, buraxılış imtahanı kolleclərə və digər orta təhsil müəssisələrinə qəbul prosesində də istifadə olunur. Yəni, imtahanın çətin olması müəyyən qədər problem yaradır. Ümumilikdə müəllimlər və abituriyentlər bildirirlər ki, imtahan suallarında həm asan, həm də çox çətin suallar var”.

Ekspert əlavə edib ki, bu da buraxılış imtahanı üçün yol verilməz bir haldır:

“Arzu olunan odur ki, buraxılış imtahanı daha sadə və əlçatan olsun. Xüsusilə 5-ci ixtisas qrupları da bu imtahanda iştirak edir.

5-ci ixtisas qrupları qabiliyyət imtahanı ilə ali təhsil müəssisələrinin rəsm, dizayn, musiqi, idman sahələrinə qəbul prosesində iştirak edirlər. Belə ki, imtahanın yüksək çətinliyi bu uşaqların əksəriyyətinə mənfi təsir göstərə bilər. Məsələn, musiqi sahəsində peşəkarlığı olan bir şagird buraxılış imtahanında kəsilərsə, onun ali təhsil müəssisələrinə qəbul imkanı əngəllənmiş olacaq. Eyni vəziyyət idman sahəsi üçün də keçərlidir”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
icma.az

1Mənbələr