ain.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Məşhur türkiyəli fenomen Murat Övüçün həbs müddəti uzadılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə, "Açıq şəkildə nifrət və düşmənçiliyi qızışdırmaqda" ittiham olunan və 1 ildən 3 ilə qədər həbs cəzası ilə üzləşən sosial media fenomeni Murat Övüçün həbsinin davam etdirilməsinə qərar verib.
Özünü müdafiə edən Övüç, hicablı qadın izləyicilərini məmnun etmək və yumoristik məqsədlər üçün sosial mediada paylaşılan hicablı videosunu lentə aldığını iddia edib.
İttihamnamədə təqsirləndirilən şəxsin iddia edilən cinayəti sosial mediada hicabı lağa qoymaqla və ictimaiyyətin digər təbəqələri arasında hicab taxanlara qarşı nifrət və düşmənçiliyi açıq şəkildə qızışdırmaqla törətdiyi bildirilir.
Xatırladaq ki, Övüçə qarşı "nifrət və düşmənçiliyi açıq şəkildə qızışdırmaq" ittihamı ilə 1 ildən 3 ilə qədər həbs cəzası tələb olunur.
Aysel
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.