Yaponiya ABŞ-ın "Qızıl Günbəz" raketdən müdafiə təşəbbüsünə qoşulmaq niyyətindədir.
Publika.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumətindəki mənbələr məlumat verib.
Bildirilib ki, Yaponiyanın baş nazir Sanae Takaiçi martın 19-da Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşərkən məsələ ilə bağlı son planı açıqlayacaq.
Həmçinin Takaiçi Vaşinqtonun Yaxın Şərq müharibəsi və digər münaqişələr səbəbindən raket istehsalında Yaponiyaya kömək təklifi etmələrini gözlədiklərini bildirəcək.