Milli Məclisin deputatı Tahir Rzayev yolu keçən bir piyadaya görə avtomobilin saxlamasının yolverilməz olduğunu deyib.
"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, parlamentdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı çıxış edən deputat Bakıda tıxac probleminin aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirilsə də, problem hələ tam həllinin tapmadığını deyib:
"Bizə adi görünən vətəndaşların yolu keçmək qaydalarında müəyyən düzəlişlər tətbiq etmək əhəmiyyətli olar. Yolu keçən hər bir adama görə maşının saxlanılması yolverilməzdir və elə bilirəm ki, 8-10 nəfər insan yol kənarında toplaşdıqdan sonra belə keçidə icazə verilməlidir".
Telegram kanalımız