AZ

Pakistandan Əfqanıstana hava HÜCUMU

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pakistan qüvvələri Əfqanıstan ərazisinə növbəti hava hücumları həyata keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə "TOLO News" telekanalı məlumat yayıb.

Bildirilib ki, zərbələr Kabil, eləcə də Qəndəhar, Paktiya və Paktika əyalətlərində yerləşən hədəflərə endirilib.

Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid bildirib ki, bombardmanlar nəticəsində mülki şəxslər həlak olub, lakin itkilərin dəqiq sayı açıqlanmayıb.

Qeyd edək ki, İslamabad Kabili Pakistanda hücumlar həyata keçirən yaraqlılara sığınacaq verməkdə ittiham edir. Əfqanıstanda hakimiyyətdə olan Taliban isə bu iddiaları rədd edir.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
2
redaktor.az

3Mənbələr