AZ

Efiopiyada daşqın və sürüşmə nəticəsində ölənlərin sayı 107-yə çatıb

Cənubi Efiopiyada güclü yağışların səbəb olduğu daşqın və sürüşmələr nəticəsində ən azı 107 nəfər ölüb.

Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, axtarış qrupların cəsədlərini tapmağa davam edir.

Yerli rəsmilərin sözlərinə görə, leysan yağışlar infrastruktura da ciddi ziyan vurub. Bölgədəki bir çox yollar yuyulub bağlanıb, ictimai nəqliyyatın hərəkətinə mane olub və yardım səylərini xeyli çətinləşdirib.

Bir neçə gün əvvəl qonşu Keniyada da güclü yağışların yaratdığı daşqınlar ən azı 50 nəfərin həyatına son qoyub. Bundan əlavə, ən azı 2600 ailə evlərini tərk etmək məcburiyyətində qalıb.

Seçilən
12
herbiand.az

1Mənbələr