ABŞ-nin İran məsələsində gözləntiləri özünü doğrultmadı.
“Cebheinfo.az” ABŞ və İsrailin İrana hücumları və Yaxın Şərqdə cərəyan edən son proseslər barədə müəyyən mənbələrdəki məlumatları təqdim edir.
Qeyd edəki, müharibə başlamamızdan öncə ABŞ rəsmiləri hesab edirdilər ki, hücumların olacağı təqdirdə İran Hörmüz boğazını bağlamayacaq. Onlar belə bir qənaətə gəlmişdilər ki, boğazın balanması Tehrana Vaşinqtondan daha çox zərər verəcək. Amma son proseslərdən görünən budur ki, ABŞ rəsmilərinin gözləntiləri özünü doğrultmadı.
Bu hesablamalar Vaşinqtonun ABŞ-nin İranın nüvə obyektlərinə hücumundan sonra İranın addımlar nəticəsində fiaskoya uğrayıb..
CNN-nin məlumatına görə, ölkənin böyük miqyaslı neft və mayeləşdirilmiş təbii qaz təchizatı, rekord istehsal və Venesuelada gözlənilən artım nəzərə alınmaqla Hörmüz boğazının bağlanması Vaşinqton üçün ciddi risk hesab edilməyib. Lakin İran başqa yolla zərər vurmaq strategiyasına keçib.
Hazırda İran Hörmüz boğazını bağlı tutmaqla yanaşı, Körfəz bölgəsinə raket zərbələri endirir. “Axios” – un məlumatında bu barədə qeyd olunur. İran rəsmiləri regional ərəb dövlətlərinə açıq şəkildə bildirib ki, Tehran ABŞ hərbi əməliyyatları dayandırsa belə, hücumlara son qoymaq niyyətində deyil.
Rəsmi Tehran ona qarşı təcavüzün yenidən başlamayacağına dair konkret beynəlxalq təminatlar alana qədər münaqişəni de-eskasiya etmək istəmir.