AZ

İcbari tibbi sığorta fondunun xərcləri gəlirlərindən çoxdur

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb

2025-ci ildə icbari tibbi sığorta fondunun gəlirləri 2 milyard 7 milyon 700 min manat, xərcləri isə 2 milyar 420 milyon 200 min manat olub. AYNA.AZ-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

2025-ci il icbari tibbi sığorta fondunun gəlirləri ümumilikdə 2 007 700 000 manat (o cümlədən dövlət büdcəsindən ayırmalar 750 900 000 manat, səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə ayrılan vəsait 24 900 000 manat, icbari tibbi sığorta haqları üzrə daxilolmalar 1 129 200 000 manat, digər mənbələrdən daxilolmalar 102 600 000 manat) təşkil edib.

Bu gəlir mənbələrindən formalaşan fondun büdcəsinin ümumi xərcləri 2 420 200 000 manat (o cümlədən Agentliyin və TƏBİB-in aparatının saxlanması xərcləri 55 800 000 manat, Naxçıvan Muxtar Respublikası üzrə xərclər 82 100 000 manat, xəstəliklər üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği 1 466 700 000 manat, həmin tibb müəssisələrinin dərman, sarğı və digər tibbi materiallarının, maddi-texniki və əsaslı xərclərinin maliyyələşdirilməsi üzrə dövlət proqramlarına və tədbirlərə yönəldilən vəsait 231 700 000 manat, TƏBİB tabeliyində olmayan tibb müəssisələrinə görə sığorta ödənişləri 451 600 000 manat, beynəlxalq təşkilatlarla əməkdaşlıq və tibbi xidmətlərə görə əməliyyat xərcləri (ÜDST 19) pandemiya ilə əlaqədar maliyyələşməsi xərcləri 2 900 000 manat, bank xərcləri 70 000 manat) olub.

Səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə xərclənən 127 300 000 manat vəsaitdən 58 700 000 manat hemofiliya, 7 300 000 manat dağınıq skleroz, 5 400 000 manat iktioz və büllöz epidermoliz xəstəliyi, habelə 1 200 000 manat icbari dispanserizasiya (ana və uşaq), 600 000 manat kistoz-fibroz, 500 000 manat isə vərəmə mübarizə üzrə xərclərə yönəldilmişdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
ayna.az

1Mənbələr