İran ABŞ əməliyyatları dayandırsa belə, silahlı münaqişəni bitirməyəcək.
İnterpress.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
İran rəsmiləri regiondakı ərəb dövlətlərinə çatdırıblar ki, ABŞ hərbi əməliyyatı dayandırmaq qərarına gəlsə belə, Tehran silahlı qarşıdurmanı bitirmək niyyətində deyil. Ərəb ölkələrindəki mənbələrin məlumatına görə, İslam Respublikası ölkəyə qarşı təcavüzün bir daha təkrarlanmayacağına dair qəti beynəlxalq zəmanətlər almayana qədər münaqişəni başa çatdırmaq əzmində deyil.
Əlavə olaraq bildirilir ki, Tehranın bu kəskin mövqeyi Yaxın Şərqdəki mövcud vəziyyətin daha da gərginləşməsi riskini özündə daşıyır. Belə ki, beynəlxalq zəmanət tələbi hazırda rəsmi Tehranın sülh üçün irəli sürdüyü ən əsas şərtə çevrilib.
Xuraman Etibarlı
İnterpress.az